"Sumqayıt" Şəkidə qazandı

"Sumqayıt" Şəkidə qazandı

Azərbaycan Basketbol Liqasında 15-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son görüş Şəkidə baş tutub.

Şəhərin eyniadlı komandası "Sumqayıt"a məğlub olub - 83:98.

Xallarını sayını 20-yə çatdıran "gənclik şəhəri" təmsilçisi 7-ci sıradakı "Cəlilabad"a çatıb, "Şəki" 15 xalla sonuncudur.

Qeyd edək ki, XV turda "Neftçi" "Gəncə"yə (97:62), "NTD İndiqo" "Sərhədçi"yə (84:74), "Xəzri" "Xırdalan"a (108:82), "Sabah" isə "Cəlilabad"a (90:76) qalib gəlib.