Ağabala Ramazanov sabah oynaya bilər, Ruslan Hacıyev də sağalıb

Ağabala Ramazanov sabah oynaya bilər, Ruslan Hacıyev də sağalıb

Premyer Liqanın 16-cı turu çərçivəsində sabah səfərdə "Qəbələ"nin qonağı olacaq "Səbail" bölgəyə tam heyətlə yollanıb.

mediasport.az xəbər verir ki, Bayıl təmsilçisinin zədəli futbolçuları - kapitan Ağabala Ramazanovla Ruslan Hacıyev də sıraya qayıdıb.

Zədələrini bərpa edən futbolçular oynamağa tam hazır olmalasalar da, vəziyyətin gedişindən asılı olaraq şans qazana bilərlər. Görüş saat 14:30-da başlanacaq.