"Qəbələ"nin zədəli futbolçularından xəbər var

"Qəbələ"nin zədəli futbolçularından xəbər var

“Qəbələ”nin üç futbolçusu komandanın hazırlıq prosesində iştirak etmir.

MediaSport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rüfət Əhmədov əməliyyatdan sonrası reabilitasiya dövrü keçir, Ürfan Abbasovla Yaovi Akakpo xüsusi proqram üzrə bərpa prosesini davam etdirirlər.

Premyer Liqanın 8-ci turunun “Səbail”lə oyununda (2:1) zədələnən Murad Musayev də tibbi müayinədən keçib. Başına tikiş vurulan müdafiəçi bir günlük istirahətdən sonra komandanın məşqlərinə qatılıb.