Aleksandr Medved turniri: Sərbəst güləşçilərimiz 8 medal qazandılar
Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə Aleksandr Medved turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi yarışda iştirak edən yığmamız 8 medal qazanıb.
Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.