4 sərbəst güləşçimiz reytinq turnirində mübarizəyə başlayır
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start veriləcək.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Yığmanın heyətində Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) xalça üzərinə çıxacaqlar.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.
Medallar uğrunda qarşılaşmalar isə saat 19:00-da start götürəcək.
Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.