Azərbaycan "Zaqreb Open" turnirində ilk qızıl medalını qazanıb
Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri davam edir.
Mediasport.az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin 2 üzvü medal qazanıb.
Yunan-Roma güləşçimiz Sənan Süleymanov 77 kq çəkidə 5 rəqibini məğlub edərək çempion olub.
Azərbaycan yığması beləliklə, yarışda ilk qızıl medalına qovuşub.
Qadın güləşçimiz Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də "bürünc"ə yiyələnib.