Avropa çempionatı: 3 güləşçimiz 1/2-də, 3-ü medal üçün yarışacaq
Azərbaycanın 3 sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Mediasport.az xəbər verir ki, Nürəddin Novruzov (61 kq), Cəbrayıl Hacıyev (74 kq) və Arseni Cioyev (86 kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Anar Cəfərli (92 kq) 1/4 final, Yusif Dursunov (125 kq) isə ilk görüşündə məğlub olub.
Bu gün, həmçinin, Azərbaycanın üç sərbəst güləşçisi medal qarşılaşmalarına çıxacaq - Kənan Heybətov (70 kiloqram) və Əli Tsokayev (79 kiloqram) finalda, Rəvan Musayev (97 kiloqram) 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub. Millinin heyətində Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qitə çempionu adını qazanıb, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal əldə edib.
Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medalı rəsmiləşdirən qadınlardan ibarət yığmamız isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Jalə Əliyeva (57 kq) bütün rəqiblərini məğlub edib, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) bürünc medala sahib çıxıb.