Jalə Əliyeva Albaniyada gümüş medal qazanıb - DÇ-2023

Jalə Əliyeva Albaniyada gümüş medal qazanıb - DÇ-2023

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, yarışın 4-cü günündə 5 qadın güləşçimiz mübarizəyə qoşulub.

Əsmər Cankurtaran (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Altın Şaqayevaya məğlub olub - 0:10.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya "tuş"la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabı ilə uduzan Əliyeva dünya ikincisi olub.

Birgül Soltanova (62 kq) 1/8 finalda Alina Kasabiyevaya uduzub - 0:10.

Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub - 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə ukraynalı Yuliya Leskovetsə "tuş"la uduzaraq mübarizəni dayandırıb.

Mərziyə Sadıqova (72 kq) təsnifat mərhələsində türkiyəli Bukrenaz Sertə uduzub - 3:6.