Alış yarışında daha bir idmançımız 3-cü oldu - Dünya Köçəri Oyunları

Alış yarışında daha bir idmançımız 3-cü oldu - Dünya Köçəri Oyunları

Qazaxıstanın Astana şəhərində keçirilən 5-ci Dünya Köçəri Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, alış yarışında idmançımız Cəsur Mehdiyev (80 kq) bürünc medal qazanıb.

Buna qədər qazaq güləşində Ülviyyə Bayramova (52 kq), Elşən Dünyamalıyev (55 kq) bürünc, Eyvaz Baxşıyev (60 kq) və Emil Həsənov (74 kq) gümüş medala yiyələnib, alış idman növündə Şəhanə Alməmmədova (75 kq) üçüncü olub.