Federasiya prezidenti hakimlər və mütəxəssislərlə görüş keçirib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə Texniki Komitənin üzvləri, ağırlıqqaldırma üzrə digər beynəlxalq dərəcəli hakimlər və mütəxəssislərlə görüşüb.
Mediasport.az xəbər verir ki, "ASK Arena"da baş tutan görüşdə federasiya rəsmisi idmançı və məşqçilərlə yanaşı, hakimlərin işini dəyərləndirib, onların da beynəlxalq arenada ölkəmizi təmsil etdiklərini söyləyib.
Kamran Nəbizadə, xüsusilə, hakimlərimizin xarici dil biliklərinin artırılmasının vacibliyini önə çıxarıb, gələcəkdə peşə bilikləri ilə yanaşı, bu amilə də müstəsna əhəmiyyət veriləcəyini diqqətə çatdırıb.
Mütəxəssislər də fikirlərini bildirdikdən sonra yekunda bu cür görüşlərin mütəmadi təşkil olunması haqda qərar qəbul edilib.