Rəcəbzadənin döyüşü "Vitess" klubunun stadionunda keçiriləcək
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin “Glory”də növbəti döyüşünün vaxtı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 33 yaşlı idmançı dekabrın 7-də rinqə çıxacaq.
Rəcəbzadənin rəqibi şimali makedoniyalı Daniel Stefanovski olacaq.
Bu döyüş gecənin 4-cü dueli olacaq, əsas qarşılaşma yerli idmançılar - Riko Verhuven və Levi Rixters arasında baş tutacaq.
Döyüş Niderlandın Arnem şəhərində Erediviziya (Yüksək Liqa) təmsilçisi "Vitess" futbol klubuna məxsus "Yelredom" arenada keçiriləcək.