Anqolalı yarımmüdafiəçi yenidən Azərbaycan Premyer Liqasında

Anqolalı yarımmüdafiəçi yenidən Azərbaycan Premyer Liqasında

Ötən mövsümü "Səbail"də keçirmiş Valdemar Almeyda yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Mediasport.az saytna verilən məlumata görə, anqolalı yarımmüdafiəçi karyerasını "Kəpəz"də davam etdirəcək.

Qərb təmsilçisi 32 yaşlı orta sahə oyunçusu ilə 1 illik müqaviləni razılaşdırıb.

2016-cı ildən dəvət aldığı Anqola millisində 3 dəfə oynamaq şansı qazanmış "Pana" geridə qalan mövsümdə 28 dəfə “Səbail“ forması geyinib, 1 qolla yadda qalıb.