İK-nın "Qəbələ" və futbolçusuna verdiyi cəza ləğv olundu - QƏRAR

İK-nın "Qəbələ" və futbolçusuna verdiyi cəza ləğv olundu - QƏRAR

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin "Qəbələ"nin futbolçusu Rövlan Muradova verdiyi iki oyunluq cəzanı ləğv edib.

MediaSport.az.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir:

1. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixdə "Qəbələ" klubun futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunsun.

2. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilsin.