Zaur Hacıyev 1/16 finalda "Benfika"nın oyununda olacaq
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, sabah Sloveniyanın Kamnik şəhərində keçiriləcək CEV kubokunun 1/16 final matçında iş başında olacaq.
Hacıyev kişi voleybolçulardan ibarət "Kalkit Kamnik" (Sloveniya) və "Benfika" (Portuqaliya) komandalarının qarşılaşmasında ikinci hakim olacaq.
Birinci hakim funksiyasını Bosniya və Herseqovinadan olan Yasmin Huseynoviç yerinə yetirəcək.
Komandalar arasında baş tutan ilk görüşdə Portuqaliya klubu 3:0 hesabı ilə qalib gəlib.