1-ci Liqada ardıcıl ikinci qələbəsini qazanan "Karvan" liderliyə yüksəldi

1-ci Liqada ardıcıl ikinci qələbəsini qazanan "Karvan" liderliyə yüksəldi

Azərbaycan 1-ci Liqasında 2-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə "Cəbrayıl" xal itirib, "Karvan" ikinci qələbəsini qazanıb və liderliyə yüksəlib.

Tura bu gün 3 oyunla yekun vurulacaq.

Azərbaycan 1-ci Liqası. 2-ci tur

18 sentyabr (çərşənbə)

"Cəbrayıl" - "Zaqatala" 0:0

Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Murad Səlimov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

"ASCO Arena".



"Mingəçevir" - "Karvan" 1:3

Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ruslan Quliyev.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu.