18 yaşlı nigeriyalı Azərbaycan klubunda çıxış edəcək - RƏSMİ
1-ci Liqada mövsümə uğursuz başlayan "Araz Saatlı" heyətini legioner futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, bir neçə gün öncə Rüfət Quliyevi baş məşqçi postuna gətirən Aran təmsilçisi baxışda olan nigeriyalı Eliya Junyor Benlə mqavilə bağlayıb.
18 yaşlı afrikalı yarımmüdafiəçi ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
Futbolçu 19 nömrəli forma ilə oynayacaq və sabah baş tutacaq "Difai Ağsu" ilə oyunda debüt edəcəyi gözlənilir.
Qeyd edək ki, Saatlı klubu mövsümdə geridə qalan 4 turdan sonra 0 xalla sonuncudur və qapısında 20 top buraxan komanda qol vurmayıb.