Azərbaycan millisinin sabiq qapıçısı "İrəvan"da çalışacaq
I Liqada mübarizə aparacaq "İrəvan"da yeni təyinat rəsmiləşib.
Mediasport.az saytına verilən məlumata görə, "Ximki"dən ayrılan Nazim Süleymanovu baş məşqçi postuna gətirən debütant Azərbaycan yığmasının əfsanəvi qapıçısı Aleksandr Jidkovu komandaya dəvət edib.
Vaxtilə “Neftçi”də də çıxış etmiş və uzun illərdir Rusiyada yaşayan veteran İrəvan təmsilçisinin qapıçılar üzrə məşqçisi köməkçisi təyin olunub.
Uzun illərdən sonra Azərbaycana qayıdan Jidkovu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında klubun İdarə Heyətinin sədri Zülfüqar Kazımov və prezident Zahid Niyazəliyev qarşılayıb.