Azərbaycanın bu klubu 3 məşqçisi ilə yollarını ayırıb - RƏSMİ

Azərbaycanın bu klubu 3 məşqçisi ilə yollarını ayırıb - RƏSMİ

Bir neçə gün əvvəl baş məşqçi Vüqar Əsgərovla yollarını ayıran "Şamaxı"nı daha 3 mütəxəssis tərk edib.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi məşqçilər Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynovla vidalaşıb.

Mütəxəssislər rəhbərliyə komandadan ayrılmaq istədiklərini bildiriblər və əməkdaşlıq qarşılıqlı razılaşma əsasında dayandırılıb.

Klubun yeni baş məşqçisi Ramiz Məmmədovun köməkçilərinin adları artıq məlumdur. Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.

"Şamaxı" 1-ci Liqada 9 turdan sonra 15 xal toplamaqla 4-cü pillədə qərarlaşıb. Liderdən 4 xal geri qalırlar.