"Mingəçevir Reqatası-2024": Yarış Qarabağ ərazisində də baş tutacaq

"Mingəçevir Reqatası-2024": Yarış Qarabağ ərazisində də baş tutacaq

16-18 oktyabrda "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri keçiriləcək.

Mediasport.az xəbər verir ki, yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna Özbəkistandan 100-dək idmançı mübarizə aparacaq.

Ənənəvi reqata ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək. Yarışlara 16 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start veriləcək.

Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar 17 oktyabrda Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

18 oktyabrda Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin "Prezident Kuboku" və "Mingəçevir Reqatası" beynəlxalq turnirlərini təşkil edib.