"Zirə" və "Səbail"in sabiq futbolçusu 1-ci Liqa klubunda oynayacaq
1-ci Liqada yeni mövsümə hazırlaşan “İmişli” növbəti transferini edib.
Mediasport.az xəbər verir ki, Aran klubu “Qaradağ Lökbatan”dan Murad Qayalı ilə müqavilə bağlayıb.
25 yaşlı müdafiəçi daha əvvəl “Zirə”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) kimi klublarda forma geyinib.
Murad Azərbaycanın U-21 millisində də oynayıb.