Asiya Kubokunda 1/4 finalın ilk iştirakçıları məlum olacaq

Asiya Kubokunda 1/4 finalın ilk iştirakçıları məlum olacaq

Asiya Kuboku turnirində 1/8 final mərhələsi start götürür.

Mediasport.az xəbər verir ki, pley-off çərçivəsində ilk matç bu gün baş tutacaq.

B qrupunu lider kimi tamamlayan Avstraliya D qrupunun üçüncüsü İndoneziya ilə qarşılaşacaq.

A qrupunun ikincisi Tacikistan isə C qrupunun ikincisi Birləşmiş Ərəb Əmirlikləri ilə üz-üzə gələcək.

Asiya Kuboku. 1/8 final

15:30 Avstraliya - İndoneziya

20:00 Tacikistan - Birləşmiş Ərəb Əmirlikləri