"Sumqayıt" daha 3 futbolçusu ilə müqaviləni uzatmadı - RƏSMİ

"Sumqayıt" daha 3 futbolçusu ilə müqaviləni uzatmadı - RƏSMİ

Heyətə köklü dəyişiklik edəcəyini yazdığımız "Sumqayıt" daha 3 futbolçusu ilə vidalaşıb (https://mediasport.az/braziliyali-futbolcunun-sumqayitdan-gedeceyi-deqiqlesdi). Görünür, baş məşqçi yeni futbolçular tapa bilib.

Samir Abasovun komandası müqavilələri başa çatan Terrens Tisdell, Kərim Abubakar və Dieqo Karioka ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olmayıb.

"Gənclik şəhəri" təmsilçisini tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha əvvəl yarımmüdafiəçilər - Süleyman Əhmədovla Rüfət Abdullazadə düşərgədən ayrılıb. Onlar "Səbail"lə anlaşıblar.

Komandaya hələlik yalnız 2 oyunçu - qapıçılar Mehdi Cənnətovla Orxan Sadıqlı cəlb ediliblər.

mediasport.az