Ronaldo qol vurdu, klubu inamlı qələbə qazandı - Çempionlar Liqası

Ronaldo qol vurdu, klubu inamlı qələbə qazandı - Çempionlar Liqası

1981-ci ildən Asiya və Afrika Futbol Konfederasiyalarının birgə təşkilatçılığı ilə keçirilən Ərəb Çempionlar Liqasında (Ərəb Klublarının Çempionlar Kuboku) qrup mərhələsinin növbəti oyunları keçirilib.

MediaSport.az xəbər verir ki, ilk matçda "Əl-Şabab"la qolsuz bərabərə qalan Səuidyyə Ərəbistanının "Əl-Nəsr" komandası Taifdə "Monastir"in qonağı olub.

Dünya ulduzu Kriştiano Ronaldonun şərəfini qoruduğu komanda Tunis səfərindən inamlı qələbə ilə dönüb. 38 yaşlı portuqaliyalı ulduz 4:1 hesablı qələbədə pay sahibi olub, 74-cü dəqiqədə komandasının ikinci qolunu vurub.

"Əl-Nəsr" 2 turdan sonra "Əl-Şabab"la birlikdə 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, son 3 mövsümü təxirə salınmış yarışın axırıncı qalibi 2020-ci ildə Mərakeşin "Raca Kasablanka" klubu olub.