"Mingəçevir reqatası-2024" başa çatdı: Millimiz 24 medal qazandı

  "Mingəçevir reqatası-2024" başa çatdı: Millimiz 24 medal qazandı

Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024" beynəlxalq turnirinin bağlanış mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, ilk olaraq yarışın sonuncu günündə medal qazanan idmançılar mükafatlandırılıblar.

Azərbaycan kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusilə fərqlənib və mükafatlandırılıb. Yığmamız 24 medal qazanıb.

Yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.