"Mançester Yunayted"də İSTEFA: Erik ten Haq erası başa çatdı
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq istefa verib.
Mediasport.az xəbər verir ki, bu barədə İngiltərə nəhənginin rəsmi saytı vasitəsilə məlumat verilib.
Niderlandlı 2022-ci ildən Premyer Liqa klubunun baş məşqçisi kimi fəaliyyət göstərirdi.
"Mançester Yunayted" Ten Haqın başçılığı altında 128 oyuna çıxıb, 72 qələbə qazanıb, 36 dəfə məğlub olub, 20 heç-heçə edib.
Klub 2022/23 mövsümündə İngiltərə Liqa Kubokunu, 2023/24 mövsümündə Federasiya Kubokunu qazanıb.