Avropa birinciliyi: 4 medal qazanan boksçularımız Azərbaycan dönüb

  Avropa birinciliyi: 4 medal qazanan boksçularımız Azərbaycan dönüb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 4 medal qazanan yeniyetmə boksçularımız Azərbaycana qayıdıb.

Mediasport.az xəbər verir ki, oğlanların mübarizəsində Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (80 kq) gümüş, qızların yarışında isə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) bürünc medala yiyələniblər.

Xatırladaq ki, iyunun 23-də start götürən Avropa birinciliyi 8 gün davam edib.