Yığma üzvlərindən biri finala çıxıb, ikisi bürünc medalla kifayətlənib
Azərbaycan boksçusu Ümid Rüstəmov Serbiyanın Çaçak şəhərində keçirilən “Qızıl əlcək” beynəlxalq turnirində finala yüksəlib.
Mediasport.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançı yarımfinalda yerli rəqibi Stefan Kamoviçi məğlub edib - 3:0 (28:27, 29:26, 29:26). Ü.Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.
Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcək” turnirini bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, 3-cü yeri tutublar.
Yarışda 15 ölkənin boksçuları iştirak edirlər.