Boksçumuz Avropa çempionatında azı bürünc medalı təmin etdi
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ploeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 1/2 finala çıxıb.
MediaSport.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançımız bununla ən azı bürünc medalı təmin edib.
Təmsilçimiz yarışda ardıcıl 3-cü qələbəsini Türkiyə boksçuzu üzərində qazanıb.
Kərimli 1/4 finalda Mirboran Yıldırımdan 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə üstün olub. Boksçumuz yarımfinalda David Jiqjavinlə (Ukrayna) qarşılaşacaq.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.