100 milyonluq forvard Azərbaycan yığması ilə həzz anlarını bölüşdü

100 milyonluq forvard Azərbaycan yığması ilə həzz anlarını bölüşdü

"Qol vurmaq olduqca xoşdur. Təbii ki, bundan həzz alırsınız. Amma oyun çoxdur və eyni ruhda davam etməliyik".

Mediasport.az xəbər verir ki, bu sözləri İsveç milli komandasının futbolçusu Viktor Yokeres deyib.

UEFA Millətlər Liqasında C Divizionunun qrup mərhələsinin Azərbaycan yığması ilə son tur matçında 4 qol vuran 26 yaşlı forvard təəssüratlarını bölüşüb.

Transfer dəyəri 100 milyon avro qiymətləndirilən hücumçu 6:0 hesablı qələbəni belə şərh edib:

“Millətlər Liqasının bombardiri olduğum üçün şadam. Qol vurmaq çox sadədir. İşim qol vurmaq olduğu üçün bununla yaşamamağa çalışıram. Uğur qazanmaq, əlbəttə, hər zaman xoşdur".