Avropa çempionatı: Millimiz final mərhələsinə adını yazdıra bilmədi

  Avropa çempionatı: Millimiz final mərhələsinə adını yazdıra bilmədi

Bakının ev sahibliyi etdiyi "TeamGym" üzrə Avropa çempionatında kişilərdən ibarət Azərbaycan millisi çıxışını yekunlaşdırıb.

Mediasport.az xəbər verir ki, yığmamız təsnifat mərhələsində 7-ci olub.

Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Tofiq Əliyevdən ibarət heyət 45.950 bal toplayıb. Nəticədə, Azərbaycan final mərhələsinin bir addımlığında çıxışını başa vurub.

6 yığma medallar uğrunda yarışır. Danimarka, Böyük Britaniya, İtaliya, Portuqaliya, Norveç və İsveç mübarizəni davam etdirir.