Azərbaycan 2-ci Liqasında 6-cı tur: Bu gün üç qarşılaşma keçiriləcək

Azərbaycan 2-ci Liqasında 6-cı tur: Bu gün üç qarşılaşma keçiriləcək

Bu gün Azərbaycan 2-ci Liqasında 6-cı tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçiriləcək.

Görüşlər Peşəkar Futbol Liqasının (PFL) "I/II Liqa" "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Dünən "Kür-Araz" "Füzuli"ni (4:1), "Saatlı-Araz" "Qusar"ı (5:0), "Şəfa" "Şəmkir"i (2:0), "Şahdağ Qusar" "Lerik"i (7:0) məğlub edib.

Azərbaycan 2-ci Liqası. 6-cı tur

8 oktyabr

15:00 "Şimal" - "Dinamo"

Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Nurlan Əmrahzadə, Rəsul Babayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Siyəzən şəhər stadionu.

15:00 "Şəki Siti" - "Ağdaş"

Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Ruslan Quliyev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Şəki şəhər stadionu.

15:30 "Hypers Quba" - "Göygöl"

Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Quba OİK stadionu.