PARTLAYIŞ: Vüqar Həşimovun valideynlərinin vəziyyəti ağırdır
Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində partlayış olub.
Mediasport.az xəbər verir ki, dağıntılar altında qalan 2 nəfər FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilərək çıxarılıb.
Hadisə zamanı xəsarət alan şəxslər mərhum şahmatçı Vüqar Həşimovun valideynləridir.
TƏBİB-dən "Report"a bildirilib ki, dekabrın 3-də saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.
"Hadisə nəticəsində xəsarət alan iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır", - məlumatda qeyd olunub.