UEFA Azərbaycan millisinin üzvünü 2 oyunluq diskvalifikasiya etdi
UEFA qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Peritan Bozdağı iki oyunluq cəzalandırıb.
Mediasport.az xəbər verir ki, 25 yaşlı hücumçu Avropa çempionatının pley-off mərhələsinin Portuqaliya yığması ilə səfər qarşılaşmasında birbaşa qırmızı vərəqə aldığı üçün diskvalifikasiya edilib.
Forvard UEFA bayrağı altında keçirilən növbəti iki matçda forma geyinməyəcək.