Romaonun neçə müddət futbol oynamayacağı müəyyənləşdi
"Qarabağ"ın futbolçusu Julio Romaonun neçə müddət futbol oynamayacağı dəqiqləşib.
Ağdam klubundan Mediasport.az saytına verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
Dizindən yüngül zədələnən 26 yaşlı "sambaçı" 1 həftəlik müalicənin ardından məşqlərə başlayacaq.
Xatırladaq ki, cənubi amerikalı Premyer Liqanın 15-ci turunun "Neftçi" ilə səfər matçında zədə alıb.