AVRO-2026: Yığmamızın İsveçlə dueli qazax hakimlərə tapşırıldı

AVRO-2026: Yığmamızın İsveçlə dueli qazax hakimlərə tapşırıldı

Futzal üzrə Azərbaycan milli komandasının AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveç yığması ilə oyununun hakimləri açıqlanıb.

Mediasport.az xəbər verir ki, dekabrın 17-də Bakıda baş tutacaq görüşü Qazaxıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.

5-ci qrupun I tur matçı Bakı İdman Sarayında təşkil olunacaq.


AVRO-2026. Əsas mərhələ. 5-ci qrup. 1-ci tur


17 dekabr

Azərbaycan - İsveç

Baş hakim: Aslan Qalayev

Baş hakimin köməkçiləri: Turekhan Tursumbayev, Nurlybek Kalimaganbetov (hakimlər briqadası Qazaxıstandandır)

Hakim-inspektor: Stefan Vöber (Almaniya)

UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)

Bakı İdman Sarayı. Saat 20:00