Emin Cəfərov "Trabzonspor"un avrokubok matçına təyinat aldı
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan növbəti dəfə təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 3-cü mərhələsinin cavab matçı çərçivəsində Türkiyədə keçiriləcək “Trabzonspor” - “Sarayevo” (Bosniya və Herseqovinanın ) oyununun UEFA nümayəndəsi olacaq.
Dekabrın 11-də Şenol Günəş İdman Kompleksində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.