"İnter"lə matçda huşunu itirən futbolçunun səhhəti yaxşılaşır
İtaliya A Seriyasının 14-cü turunun "İnter"lə ev matçında huşunu itirən "Fiorentina"ın futbolçusu Edoardo Bovenin sağlıq durumu yaxşılaşmaq üzrədir.
Mediasport.az xəbər verir ki, 17-ci dəqiqədə da yerə yıxılan yarımmüdafiəçi hazırda xəstəxanadadır və ekstubasiya edilib.
Müqavilə ilə "Roma"ya məxsus futbolçu danışılanları eşidir, suallara normal cavab verir.
Sabah növbəti testlərin ardından ümumi rəy çıxarılacaq.
Qeyd edək ki, qarşılaşma 17-ci dəqiqədən təxirə salınıb.