İK qərarını açıqladı: Azarkeşləri "Qarabağ" və "Neftçi"ni ziyana saldı

İK qərarını açıqladı: Azarkeşləri "Qarabağ" və "Neftçi"ni ziyana saldı

AFFA-nın İntizam Komitəsi "Qarabağ" və "Neftçi"ni cərimələyib.

Mediasport.az xəbər verir ki, buna Premyer Liqanın 15-ci turunun "Neftçi Arena"da keçirilmiş görüşündə yaşananlar səbəb olub.

“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Bakı klubu 800 manat cərimə edilib.

Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” 500 manat cərimələnib.

“Ağ-qaralar”ın meydançaya gec çıxması səbəbindən matç gec başladığına görə klub 1500 manat ziyana düşüb.

“Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat ödəyəcək.

Qonaqların azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ”a xəbərdarlıq edilib.