Dünya çempionatında iştirak edəcək klublar müəyyənləşdi
2025-ci ildə keçiriləcək Klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ABŞ-də keçiriləcək turnirdə 32 komanda yarışacaq.
İlk dəfə bu sayda klubun iştirakı ilə keçiriləcək mundial iyunun 15-dən iyulun 15-dək ABŞ-də təşkil olunacaq.
Klublarası dünya çempionatının iştirakçıları
“Çelsi” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Real” (Madrid, İspaniya), “Atletiko” (İspaniya), “Bavariya” (Almaniya), “Borussiya” (Dortmund, Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Yuventus” (İtaliya), “Portu” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Palmeyras” (Braziliya), “Flamenqu” (Braziliya), “Fluminense” (Braziliya), “Botafoqo” (Braziliya), “River Pleyt” (Argentina), “Boka Xuniors” (Argentina), “Monterrey” (Meksika), “Leon” (Meksika), “Paçuka” (Meksika), “Sietl Saunders” (ABŞ), “İnter Mayami” (ABŞ), “Əl Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red” (Yaponiya), “Əl Əyn” (Birləşmiş Ərəb Əmirlikləri), “Ulsan” (Cənubi Koreya), “Əl Əhli” (Misir), “Vidad” (Mərakeş), “Sandaunz” (Cənubi Afrika), “Tunis” (Tunis), “Oklend Siti” (Yeni Zelandiya).