Azərbaycan 2-ci Liqasının ilk çempionu kubok və medallarını aldı

Azərbaycan 2-ci Liqasının ilk çempionu kubok və medallarını aldı

Futbol üzrə Azərbaycan 2-ci Liqasının ilk qalibi "Baku Sportinq" komandası "Şəfa" ilə sonuncu - 26-cı tur görüşünün ardından keçirilən mükafatlandırma mərasimində qızıl medallar və çempionluq kubokuna qovuşub.

Mediasport.az xəbər verir ki, çempionluğu ötən tur təmin etmiş kollektivə qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.

Qeyd edək ki, çempion olan “Baku Sportinq” növbəti mövsüm Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq.