Millimiz Avropa çempionatının 3-cü oyununda da məğlub oldu

Millimiz Avropa çempionatının 3-cü oyununda da məğlub oldu

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxıb.

Mediasport.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komandamız B Liqasının 5-ci qrupunun 3-cü turunda Kipr yığması ilə qarşılaşıb.

Kiprin Pafos şəhərində təşkil edilən mərhələnin son görüşü “Peyia Munisipal” stadionunda reallaşıb və seçməmiz növbəti dəfə məğlubiyyət yaşayıb - 0:3.

Xatırladaq ki, futbolçularımız qrupda daha əvvəl İsveçrə yığmasına 0:8, Estoniya millisinə 0:3 hesabları ilə məğlub olublar.

Qitə birinciliyinin final mərhələsi gələn ay Polşada keçiriləcək.