Azərbaycan cüdoçusu Fransada Çempionlar Liqasında yarışacaq
Azərbaycan yığmasının cüdoçusu Uşangi Kokauri qarışıq komandalar arasında Çempionlar Liqasında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan idmançı dekabrın 21-də klub turnirinin keçiriləcəyi Fransanın Monpelye şəhərinə yollanacaq.
Qitəmiqyaslı turnirdə 13 ölkədən 128 cüdoçu yarışacaq.
Təşkilatçılar hamıdan çox - 38 cüdoçu ilə mübarizə aparacaqlar.
Kokauri son olaraq bir neçə gün əvvəl Azərbaycan çempionu adını qazanıb.