"Kəpəz" və "Sumqayıt" cərimələndi, "Turan Tovuz"a xəbərdarlıq olundu

 "Kəpəz" və "Sumqayıt" cərimələndi, "Turan Tovuz"a xəbərdarlıq olundu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda bəzi qərarlar qərarlar qəbul olunub.

Azarkeşləri Premyer Liqanın 15-ci turunun "Araz-Naxçıvan"la matçında hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə "Turan Tovuz"a xəbərdarlıq edilib. Bu hal cari mövsümdə ilk dəfə yaşanıb.

Turun “Şamaxı” - “Kəpəz” oyununda Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib.

“Zirə” - "Sumqayıt” qarşılaşmasında isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat ziyana düşüb.