Bu bölgənin 12 illik futbol həsrəti başa çatdı - Yeni klub yaradıldı

Bu bölgənin 12 illik futbol həsrəti başa çatdı - Yeni klub yaradıldı

Azərbaycanın daha bir bölgəsində futbol klubu yaradılıb.

Mediasport.az saytına verilən məlumata görə, yeni yaradılmış Salyan şəhərinin eyniadlı komandası ilk olaraq bugünlərdə başlanması gözlənilən AFFA Region Liqasında mübarizə aparacaq.

İcra Hakimiyyətinin dəstəkləyəcəyi komanda federasiyada qeydiyyatdan keçib.

Xatırladaq ki, Salyanda böyük futbol son dəfə 2012-ci ildə olub.

"Rəvan" klubu Premyer Liqada ev oyunlarını bölgədə keçirdikdən bir müddət sonra Bakıya köçüb.