Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

“NTD-İndiqo” Xaçmaz Olimpiya Kompleksində “Xırdalan”la qarşılaşıb.

Duel Abşeron təmsilçisinin qələbəsilə başa çatıb - 84:77.

Xallarının sayını 23-ə çatdıran qonaq komanda turnir cədvəlinin 5-ci pilləsində mövqeyini möhkəmləndirib.

Xal itirən "NTD-İndiqo" isə “Neftçi” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.