"Sabah"ın ilk rəqibi müəyyənləşdi

  "Sabah"ın ilk rəqibi müəyyənləşdi

"Sabah" Basketbol Klubu avrokubokların qrup mərhələsindəki ilk rəqibi bəlli olub.

Mediasport.az xəbər verir ki, "bayquşlar" bu həftə Çempionlar Liqasının seçmə mərhələsində məğlub olduğu "Norrçöpinq Dolfins"lə üz-üzə gələcək.

Azərbaycan çempionunun digər 2 rəqibi sonra məlum olacaq.

Qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. "Sabah"ın ilk matçı səfərdə olacaq.