"Neftçi" "Sabah"a uduzdu
Azərbaycan Basketbol Liqasında (ABL) XXIV tura start verilib.
mediasport.az xəbər verir ki, günün ilk görüşündə "Sərhədçi" ilə Şəki təmsilçisi "Olimpik" qarşılaşıb. Gərgin keçən matç meydan sahiblərinin 94:91 hesablı qələbəsilə başa çatıb.
Oyunun ən məhsuldar basketbolçuları "Sərhədçi"dən Maksvel Starvud (35 xal, 7 ribaund), "Olimpik"dən Davante Kuper (29 xal, 5 ribaund) olub.
"Neftçi" - "Sabah" basketbolçularının duelində isə qələbəni qonaqlar bayram ediblər - 80:68. "Neftçi"dən Mohsen Moradxani (23 xal, 16 ribaund), "Sabah"dan Kamran Məmmədov (19 xal, 7 ribaund) ən məhsuldar basketbolçular olublar.
Tura bu gün keçiriləcək "Zirvə" (Astara) - NTD və "AAAF Xırdalan" - "Gəncə" oyunları yekun vurulacaq.