Azərbaycan klubu Niderland, Avstraliya və Çin yığmasına qarşı
3x3 qadın basketbolu üzrə Dünya Qadın seriyasının Quba mərhələsinin püşkü atılıb.
Mediasport.az xəbər verir ki, iyulun 20-21-də keçiriləcək yarışın 8 iştirakçı komandası həmişəki kimi, iki qrupa bölünüb.
Azərbaycan təmsilçisi “Baku Flames” A qrupunda yer alıb. Rəqiblərimiz Niderland, Avstraliya və Çinin U-24 yığması olacaq.
B qrupunda isə Çexiya, Filippin və İran milliləri ilə birlikdə Almaniyanın “Düsseldorf” klubu yarışacaq.
“Baku Flames” iyulun 20-də qrup mərhələsinə Niderlandla duellə başlayacaq.
Görüş 16:30-da start götürəcək. Çinlə qarşılaşma 18:10-da, Avstraliya ilə matç 20:00-a planlaşdırılıb.
Xatırladaq ki, komandamızın heyətində Sali Əl-Huri, Nailə Əlisultanova, Ləman İbrahimova və Evelina Qaradağlı forma geyinir.