Azərbaycan çempionu Şimali Makedoniya klubuna qarşı
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda bu gün növbəti oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada ikinci sınağını yerli komandaya qarşı verəcək.
Ötən gün Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin komandası Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində “Rabotniçki” ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
A qrupunda yer alan təmsilçimizin qrupda son dueli oktyabrın 5-də Rumıniyanın “Rapid” (Buxarest) klubuna qarşı olacaq.