Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşib

Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşib

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 boksçu qüvvəsini sınayıb. Nəticədə Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Ömər Aslanlı, Məhəmmədli Aşurəliyev, Məhəmmədəli Qasımzadə, İbrahim Zeynalov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli, Ruslan Qəhrəmanov, Kənan Nəcəfov və İlkin Məmmədli çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu (36 xal) birinci yeri tutub. İkinci pilləyə Z-1 İdman Klubu (27 xal) yiyələndiyi halda, “üçlüy”ü “Təhsil” Respublika İdman Mərkəzi (26 xal) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Asif Məmmədov (Gəncə) ən yaxşı hakim seçilib.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, 71 kq çəki dərəcəsində yarımfinalda 2 boksçu diskvalifikasiya olunduğundan, digər cütdə qalib gələn çempion, məğlub olan bürünc medalçı olub.


Azərbaycan birinciliyi. Bütün mükafatçılar


48 kq

1. Bilalhəbəşi Nəzərov (Astara)

2. Ramal Yolçuyev (Qəbələ)

3. Ayaz Tağızadə (“Təhsil” RİM)

3. Fərid İsmayılzadə (UGİM-1)


51 kq

1. Zidan Hümbətov (“Neftçi” İK, Şirvan)

2. Sabir Dadaşov (“Neftçi” İK)

3. Ənəs Ağayev (Sumqayıt)

3. Rauf Məmmədov (Gəncə)


54 kq

1. Ömər Aslanlı (“Təhsil” RİM)

2. Tağı Nəsibov (“Firuz” BT)

3. Əli Xudaverdiyev (“Səbail” İK)

3. Ülvi Həbibov (“Neftçi” İK)


57 kq

1. Məhəmmədli Aşurəliyev (“Zabit” İK)

2. Elbrus Kərimli (Naxçıvan MR)

3. Ruslan Ruşanov (Cəlilabad)

3. Faiq Mollayev (Z-1 İK)


60 kq

1. Məhəmmədəli Qasımzadə (“Ağa” İK)

2. Tofiq Zahirov (“Təhsil” RİM)

3. Ayxan Heydərov (Naxçıvan MR)

3. Vaqif Hacıyev (UGM-7)


63,5 kq

1. İbrahim Zeynalov (Gəncə)

2. Mirhəsən İbrahimov (“Zabit” İK)

3. Nurlan Paşayev (Mingəçevir)

3. Uğur Tağıyev (Şirvan)


67 kq

1. Hüseyn Hacıyev (Sumqayıt)

2. Ayxan Zeynallı (Mingəçevir)

3. Abbasqulu Şadlinski (BFL)

3. Məhəmməd Quliyev (Z-1 İK)


71 kq

1. Ayxan Əliyev (“Neftçi” İSM)

3. Rahib Həsənli (Şirvan)


75 kq

1. Mircəlal Mirağayev (“Neftçi” İK)

2. İrfan Xəlili (Z-1)

3. Kənan İsayev (“Təhsil” RİM)

3. Fuad Babayev (Z-1 İK)


80 kq

1. Hüseyn Hüseynli (Z-1 İK)

2. Şamil Nəcəfov (Tərtər)

3. Təyyar Allahverdiyev (“Təhsil” RİM)

3. Tunar Cəfərov (“Qızıl əlcək” İK)


86 kq

1. Ruslan Qəhrəmanov (DİN İK)

2. Şahin Dadaşov (UGM-13)

3. Rüfət Xudaverdi (“Neftçi” İK)

3. Onur Xudulov (Zaqatala)


92 kq

1. Kənan Nəcəfov (“Roman” İK)

2. Fəxrəddin Hüseynov (“Neftçi” İK)

3. Qurban Qurbanov (Gəncə)

3. Famil Vəliyev (BFL)


+92 kq

1. İlkin Məmmədli (“Neftçi” İK)

2. Orxan Ağayev (“Zabit” İK)

3. Həsən Sadıqzadə (“Zabit” İK)

3. Araz Nəsirli (“Ağa İK”)